157 Azərbaycan vətəndaşı Türkiyədən ölkəyə gətirildi – FOTObackend

157 Azərbaycan vətəndaşı Türkiyədən ölkəyə gətirildi - FOTO

Azərbaycanın Milli aviadaşıyıcısı hökumətin tapşırığı ilə Türkiyə ərazisindən vətəndaşlarımızın gətirilməsi üçün martın 17-də Bakı-Ankara-Bakı istiqaməti üzrə çarter reysi yerinə yetirib.

AZAL-dan  verilən məlumata görə, bu reys ilə 157 Azərbaycan vətəndaşı ölkəyə gətirilib.

Xatırladaq ki, bu artıq Türkiyədən yerinə yetirilən üçüncü çarter reysidir – daha əvvəl 15 və 16 mart tarixlərində İstanbuldan Bakıya 711 nəfər Azərbaycan vətəndaşı gətirilib.

Azərbaycanın Milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək.

Qeyd edək ki, ölkəyə qayıtmaq istəyən Azərbaycan vətəndaşları hazırda olduqları yer üzrə səfirliklər və ya konsulluqlara müraciət etməlidirlər.

  •  (0)
  •  (0)