4 gündə 1 milyon insan koronavirusa yoluxubbackend

4 gündə 1 milyon insan koronavirusa yoluxub

Dünya üzrə koronavirusa yoluxma sayında yeni rekord göstərici qeydə alınıb.

OnlinePress.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında məlumat verilib. Hesabatda bildirilib ki, son 100 saat ərzində dünya üzrə 1 milyon yoluxma faktı qeydə alınıb. Son 24 saatda daha 237 min 743 yoluxma faktının qeydə alınması ilə ümumi say 14 milyon 208 min 158-ə çatıb. Bu günə qədər 599 min 750 insan xəstəlikdən həyatını itirib.

Yoluxma sayına görə ABŞ (3 milyon 770 min 138) birinci yerdə qərarlaşıb. ABŞ-dan sonra yoluxma sayına görə ilk beşlikdə yer alan ölkələr: Braziliya (2 milyon 15 min 382), Hindistan (1 milyon 20 min 644), Rusiya (759 min 203), Peru (341 min 586), Cənubi Afrika (324 bin 221).

 

 

 

 

 

 

OnlinePress.az

  •  (0)
  •  (0)