45 yaşlı Di Kaprio sevgilisinin 23 yaşını yaxtada qeyd etdibackend

45 yaşlı Di Kaprio sevgilisinin 23 yaşını yaxtada qeyd etdi

Hollivud aktyoru Leonardo Di Kaprio sevgilisi – aktrisa Kamila Morrone üçün Kaliforniya ştatının Malibu şəhəri yaxınlığında 43 metrlik superyaxtada ad günü keçirib.

Bu barədə “New York Post” xəbər yayıb.

45 yaşlı sənətçi və 23 yaşlı aktrisaya olimpiya çempionu, snoubordçu Şon Uayt, aktyorlar Kevin Konnolli və Lukas Haas, eləcə də, aktrisa Nina Dobrev qoşulublar.

Qeyd edilir ki, ad günü tədbirinin iştirakçılarından bəziləri, eləcə də, Di Kaprio tibbi maskada olub.

Di Kaprio və Kamila Morrone 2018-ci ilin yanvar ayından sevgilidirlər.

 

OnlinePress.az

  •  (0)
  •  (0)