Abdin Fərzəliyevə məxsus “Whitestone residence” şirkəti vətəndaşların yolunu kəsibbackend

Abdin Fərzəliyevə məxsus “Whitestone residence” şirkəti vətəndaşların yolunu kəsib

OnlinePress.az -ın məlumatına görə Nərimanov rayonu, Qarabağ küçəsi 48/46 yerləşən “Whitestone residence”şirkətinin yol verdiyi nöqsanlar ərazidə yaşayan insanları bezdirib.
 
Bu barədə ərazidə yaşayan onlarla vətəndaş şikayət edib. Şikayətçilər bildirir ki, ərazidə düzgün aparılmayan işlər ucbatından vətəndaşlar ölümlə üz üzə qalırlar. Artıq neçə həftədir bu vəziyyəti Nərimanov Rayon İcra Hakimiyyəti görməzdən gəlir. Şirkət yolları bağlamaqla yanaşı, gecə saatlarında belə tikintini davam etdirməsi əraziyə yaxın yaşayan sakinlərin, o cümlədən Dəmirçizadə 2 ünvanında yaşayan vətəndaşlarında rahatlığını pozur.
 
Şirkətin tikinti işləri apardığı ərazidə Nərimanov rayonu, Qarabağ küçəsi 48/46 da yeganə ovtomobil yolu qanunsuz olaraq sakinlərin istifadəsinə bağlanıb. Vətəndaşlar qeyd edir ki, yol birtərəfli bağlı olduğu üçün qarşı tərəfdən gələn avtomobillərlə qəza şəraiti yaranır. Xatırladaq ki, həmin ərazidə tez-tez avtomobil qəzaları baş verir.
 
Sakinlər ümid edirik ki, aidiyyatı qurumlar insanların gediş-gəliş yolunu çirkləndirdiyi və insanların avtomobilləri ilə hərəkət etməsinə qadağa qoyduğu üçün “Whitestone residence” İnşaat şirkəti barəsində hüquqi tədbirlər görüləcək.

Qeyd edək ki, məsələylə bağlı Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyevə dəfələrlə müraciət edilsə də icra başçısı vətəndaşların narazılğını dinləməyib. Əldə etdiyimiz digər məlumata görə şirkət İcra başçısı Abdin Fərzəliyevə məxsusdur. Tikintiyə isə şəxsən İcra başçısının birinci müavini Şahmar İbadov nəzarət edir. Məsələylə bağlı əlacsız qalan vətəndaşlar Ölkə rəhbərliyinə müraciət etməyə hazırlaşır.

Xatırladaq ki, daha əvvəl mətbuatda “Whitestone residence” şirkətinin ağacları kəsməsi ilə bağlı yazılar dərc edilib.

Mövzunu davam etdirəcəyik.

  •  (1)
  •  (1)