AFFA işsiz məşqçiləri milliyə baş məşqçi qoydubackend

AFFA işsiz məşqçiləri milliyə baş məşqçi qoydu

Azərbaycanın iki yaş qrupu üzrə milli komandalarının baş məşqçisinin adı açıqlanıb.

OnlinePress.az xəbər verir ki, 16 (U-16) və 18 (U-18) yaşadək yığmalarımızın yeni çalışdırıcısı müəyyənləşib.

AFFA-nın Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun olaraq, U-18 Elxan Abdullayevə, U-16 isə Aqil Nəbiyevə həvalə olunub.

Qeyd edək ki, Elxan Abdullayevin sonuncu iş yeri “Neftçi” komandası olub. O, 2017-ci ilin avqustun 21-dən işsizdir. Millimizin sabiq futbolçusu Aqil Nəbiyevin son iş yeri isə ötən yay dağılmış I divizion klubu “Şüvəlan” olub.

 

OnlinePress.az

  •  (0)
  •  (0)