“Arsenal”ın hücumçusu “Barselona”ya keçir – FOTObackend

“Arsenal”ın hücumçusu “Barselona”ya keçir - FOTO

İngiltərənin “Arsenal” klubunun qabonlu futbolçusu Pyer-Emerik Obameyanq yayda klubunu dəyişmək istəyir.

OnlinePress.az Sport.es-ə istinadən xəbər verir ki, 30 yaşlı hücumçu İspaniyanın “Barselona” klubuna keçmək niyyətindədir.

İddiaya görə, Obameyanqın qohumları bir neçə aydır ki, Barselona yaxınlığında yerləşən sahil şəhərlərindən birində yaşayır.

Qeyd edək ki, Kataloniya klubu hələ yanvarda bu futbolçu ilə maraqlanıb. Lakin “Arsenal” qarşı tərəfə forvardı yalnız 50 milyon funtdan artıq qiymətə sata biləcəyini bildirib. London klubu oyunçunun icarəyə verilməsinə də razılıq verməyib.

  •  (0)
  •  (0)