Avropada ilk: Koronavirus xəstəsinə ağciyər köçürüldübackend

Avropada ilk: Koronavirus xəstəsinə ağciyər köçürüldü

Avstriyanın paytaxtı Vyanada fəaliyyət göstərən tibb mərkəzlərindən birində ötən həftə koronavirus xəstəsinə ağciyər köçürülüb.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Sözügedən əməliyyat Avropada ilk dəfə gerçəkləşdirilib və bununla da tarixə düşüb.

Ağciyər köçürülməsinin 45 yaşlı koronavirus xəstəsinin həyatda qalması üçün sonuncu şans olduğu vurğulanıb. Əməliyyatdan sonra xəstənin vəziyyətinin yaxşılaşdığı qeyd olunur.

 

OnlinePress.az

  •  (0)
  •  (0)