“Avroviziya” haqqında qərar verildibackend

“Avroviziya” haqqında qərar verildi

Avropa Yayım Birliyi (AYB) “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin 2021-ci ildə Hollandiyanın Rotterdam şəhərində baş tutacağını təsdiqləyib.

OnlinePress.az xəbər verir ki, bu barədə ötən gecə “İctimai Televiziya”nın canlı efirində yayımlanan “Europe Shine A Light” möhtəşəm mahnı şousu zamanı xəbər verilib.

Daha sonra yayımçılar “Eurovision Mahnı Müsabiqəsi. Rotterdam – 2021” loqotipi ilə gələn ilin videoçarxını nümayiş etdiriblər.

Qeyd edək ki, “Avroviziya 2020”nin martın 18-də koronavirus pandemiyası səbəbindən ləğv olunduğu elan edilib. Müsabiqə 12-16 may tarixində Rotterdamda keçirilməli idi.

Bir neçə həftədən sonra təşkilatçılar iştirakçı ölkələrin istədikləri qaydada 2021-ci ildə keçiriləcək müsabiqədəki nümayəndələrini dəyişə və ya saxlaya bildikləri haqda məlumat veriblər. Belə olan halda isə onlar artıq yeni kompozisiyalarla çıxış edəcəklər.

OnlinePress.az

  •  (0)
  •  (0)