Avstraliyada COVID-19-a görə qadağalar qayıtdıbackend

Avstraliyada COVID-19-a görə qadağalar qayıtdı

Avstraliyanın Viktoriya ştatında karantin çərçivəsində yumşaldılan qadağalar yoluxma sayı artdığı üçün yenidən sərtləşdirilib.

“Anadolu” agentliyi xəbər verir ki, bölgədə yoluxma sayı aprel ayından sonra ən yüksək göstəriciyə çatıb.

Bu məqsədlə tətbiq olunacaq sərtləşdirmələr açıqlanıb. Belə ki, insanların bir yerdə toplaşması üçün limit 20 nəfərdən 5 nəfərə endirilib. Eyni zamanda, bağlı məkanlarda eyni zamanda 50 deyil, 20 nəfər ola bilər. 40 min və daha az oturacağı olan stadionlarda tamaşaçıların sayı idman qurğusunun ümumi tutumunun maksimum 25 faizini təşkil etməlidir.

İnsanlara mümkün olduğu qədər evlərini tərk etməmək tövsiyə olunub.

Avstraliyada təxminən 1 970 000 insan koronavirus testindən keçirilib və onların 7 436-da cavab müsbət çıxıb. Ölkədə son 24 saatda 27 nəfərin koronavirusa yoluxduğu, ümumilikdə 102 nəfərin öldüyü bildirilir.

  •  (0)
  •  (0)