Avtobusla velosipedçini vurub öldürdübackend

Avtobusla velosipedçini vurub öldürdü

Sumqayıt şəhəri Sülh küçəsində yol-nəqliyyat hadisəsi baş verib. 

OnlinePress.az  xəbər verir ki, qəza iyulun 16-da saat 8 radələrində qeydə alınıb.

Şəhər sakini R.Afdanov idarə etdiyi “Hyundai” markalı avtobusla yolun kənarı ilə velosiped sürən Abşeron rayon sakini Ərəstun Tahirovu vurub. Nəticədə velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

 

 

 

 

OnlinePress.az

  •  (0)
  •  (0)