Aygün Rüstəmxanlı: Getdikcə atamın özündən böyük qardaşına qeyri – adi bağlılığının səbəbi , daha da aydın olurdu …backend

Aygün Rüstəmxanlı: Getdikcə atamın özündən böyük qardaşına qeyri – adi bağlılığının səbəbi , daha da aydın olurdu …

Doğmalarından Sabir Rüstəmxanlıya səmimi və təsirli təbrik.


Xoşbəxtlikdən Sabir Rüstəmxanlı haqqında bir neçə il əvvəl Türkiyədə İstanbul bələdiyyəsinin hazırladığı yubiley tədbirində olmuşdum .

Rafael Hüseynovu o zaman yaxından dinləmiş , emim haqqında söylədiyi sözlərin , fikirlərin hisləriylə , emosiyaları ilə birlikdəliyinin şahidi olmuşdum …
Rafael müəllimin Sabir Rüstəmxanlı hakkında
“ Azərbaycandan bu məclisə gəlməyi , iştirakı özümə borc bildim” ilə ürəkdən gələn kəlmələrlə başlamış –
yaradıcılıq , şəxsiyyət , həyat yolu ilə bağlı azı yarım saatlıq təhlili , cıxışı özümü xatırlayandan Şairin şerlərini oxuyan insan kimi məni heyrətləndirmişdi …. Əzber söylədiyim şeri sanki , bir başqa səpgidə acılmışdı gözlərim önündə.
təhlilləriylə şerini bir döyüşən sərkərdə , döyüşə səsləyən sərkərdə kimi canlılıq vermişdi .
… Və ya o canlılığı o zamana kimi , mənmi hiss etməmişdim …
Bu düşüncəylə isə bir qədər utanmışdım .
“ Sağ ol ana dilim “ , “Təkcə analar ağlamasın “,
“Vətən “, Gəncə qapısı “, “Bu millət ölməyi bacarır hələ “ , “Cavad xan “, “ Aman durna dimdiyini öz başında sınama “
“İcimdəki dərd ağacı “və s yüzlərlə bu səpgidə ana , vətən , millət sevgisiylə yazılmış şerləri evimizdə qurulmuş hər kiçik və ya böyük məclislərdə , 5-6 yaşından etibarən şöyləyən birinin ruhu niyə bu qədər qısıtlı qalıb ki , bu gün onu kənardan duyur hiss edir … Arada hansı boşluqlar oldu , o boşluğa biz də düşdükmü ?…
Axı , kicik yaşlarında əmisinin şerlərini söyləyəndə ona “afərin “
deyənlər arasında o məclislərdə ara -sıra Məmməd Aslan , Musa Yaqub , Xəlil Rza Ulutürk , Məmməd Araz , Nüsrət Kəsəmənli və s kimi imzası bəlli şəxsiyyətlər olmuşdu . Bunun məsuliyyətini gərək anlayaydın , özlüyümdə demişdim .
Dərindən dinlədikcə bir qədər utanma hissi azalmışdı …
Onlar qədər hiss etmək ücün , onlar qədər qeyri adi bir ruha sahib olmağım lazım idi ki , ruhundan gələni , dilinə , sətirlərinə ötürə biləsən …
Getdikcə atamın özündən böyük qardaşına qeyri – adi bağlılığının səbəbi , daha da aydın olurdu …
Atamın illər əvvəl – uşaq ikən , bayram süfrələrindən birində bizə – anama məndən kicik bacım və qardaşıma əmim haqqında böyük sevgi və heyranlıqla dediyi :
“Sabirin ürəyi döyünür bilin ki , mənimki onunla döyünür . O var, mən varam ;
Bunu belə bilin !
Mənim bayramım da , sağlığım da , rahatlığım da ona qulluqda , ona sevgi vermənizdə var olacaq ;
özünüzü ona əziyyət verə biləcək hər şeydən uzaq tutmağınıza səyinizlə olacaq .
Ömrünüz boyu bunu belə qebul edin, ata borcu ata haqqım bu olsun demişdi …
Uşaq ikən Atam mümkün qədər , Əmimin bütün şerlərini səsli oxuyar , bizə dinlətdirərdi …
O qeyri adi bağlılığın sirrini yaş ötdükcə anlayıram …
Cox sevdiyim bayramdı 8 mart . Nədəndi bilmirəm , amma özümü tanıyandan belə hiss etmişəm .
Atamın evimizə hec bir vaxt diqqətsiz olmadığını , bizi hədiyyəsiz qoymadığını görsəm də ; ən cox hədiyyəni Əlövsət əmidən alsaq da onun terefden sevindirilsəkdə ; qayğımızı müxtəlif zamanlarda bir az da böyük qardaş kimi bildiyim əmilərim Sahbaz Xuduoglu , Faiq Eliyev , Dilaver , Celal cəkib , xatirələrimdə …
Ata nəvazişini işə yayı kənddə yanında keçirdiyim mehriban Sadat əmimdən görmüşəm…
Zakir əmim isə , ən az atam qeder şerlərini dinlətdirən olub Sabir Əminin . Evlərinədə olarkən dilindən şer dinləmədən ayrıldığımı xatırlamıram . Səsi , intonasiyası şerlərə cox yaraşırdı xatirələrimdə .
lakin uşağlığımla bağlı ən unudulmaz , ən xoşbəxt olduğum xatirə elə 8 yaşında 8 mart günü Sabir Rustemxanlı kimi dünya qədər böyük bildiyim ,
əmim olduğu ücün hətta o vaxtkı uşağ ağlımla cox fəxr etdiyim insanın aldığı iydə tumundan yığılmış uzunluğu boyumuzda olan ; bacıma və mənə hansısa səfərdən gətirdiyi boyunbağı olmuşdu .
Hədiyyə cox qiymətli idi ; cünki atamın istəmədiyi olmuşdu , əmim bizim ücün düşünmüş bizim ücün secmişdi Biz ona əziyyət vermişdik – kimi gəlirdi bir növ …
O , əmiden aldığım ilk və səhf etmirəmsə son hədiyyə idi … Lakin xatirəmdə canlanarkən , hər zaman eyni canlılıqla sevinc bəxş edən bir hədiyyə olmuşdu … Sanki , fərqli bir mehribanlığı olan , sevgisini daim hiss etdiyimiz , uşağla uşaq , böyüklə böyük olmağı bacaran Sabir əmim də bizə , başqa hec nəyin eyni sevinci bəxş edə bilməyəcəyini duymuşdu , o zamandan bu günə kimi .
O hədiyənin dəyəri bizim ücün verənin dəyərindəydi … , təkliyindəydi .
O hədiyyənin qiyməti yox idi ….
Demək bir az , atamın istediyi kimi böyümüşdük …
Nə yaxşı ki , bunu atam və anam bizə aşlaya bilmişdi …
Nədən aşladıqlarını , illər kecdikcə daha aydın anlayıram …
Onu yalnız təhlil edib acmaq gücündə , ruhunda olanlardan, imzası bəlli insanlardan duymaqla tam anlamaq olar…
Bizlər ruhen gücü yetməzik , bəlli ki …
Tenzile Rüstemhanlı xanım kimi onun hər yeni şerinə , əsərinə heyranlığının ; öncəki yazılanları isə , unutdurmayacaq ürəklə bağlılığının şahidi olmaq gərəkmiş;
onun dilindən o şerləri , əsərləri duymaq vacib imiş illərlə …
Ömrünü həyat yoldaşına adamış Tənzilə Xanım kimi güclü bir qadının ürəyini , nəyinki Sabir Rüstəmxanlıya sevgi yaşadır,
hətta, ürəyi doğma – yad , günahlı – günahsız araşdırması aparmadan, onu sevenə və onun sevdiyi hər kəsə , hər şeyə sevgiylə döyünə bilirsə Sabir Rüstəmxanlı dühasını , ruhunu anlamaq cətindir … anlaşılan …
Bu hisləri hansı bir insana olan sevgi , hansı bir insana verilən qiymət bir qadın ürəyinə sala bilmişdir … Bu qeyri adi ruhu olan insanın təsdiqidir, Emim .
Yaxşı ki , varsınız Emi ! Sağlam , uzun , bərəkətli ;
davamlı əməkli – kitablı , yaradıcı nece nece yaşlara!

Bir kökumuz doğudadır
Bir kökümüz günbatanda
Biz tarixin yoldaşıyıq,
Dünya boyda bir vətəndə
Min savaşın ağrısı var
Damarlarda axan qanda
Zəhər oldu qədərimiz
İçtik tanrı işığı tək,
Ölüm kəsdi yolumuzu
Keçdik tanrı işığı tək.

Qarşıdan gelən yeni yaşınız mübarək əmim!

  •  (0)
  •  (0)