Azərbaycan cüdoçuları Almaniyada nüfuzlu yarışda dörd medala sahib olublar – FOTObackend

Azərbaycan cüdoçuları Almaniyada nüfuzlu yarışda dörd medala sahib olublar – FOTO

Cüdo üzrə Azərbaycan milli komandası Almaniyanın Düsseldorf şəhərində keçirilən “Böyük Dəbilqə” beynəlxalq turnurində aktivinə daha üç medal yazdırıb.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata əsasən, Elmar Qasımov (-100 kq) və İrina Kindzerska (+78 kq) gümüş, Zelim Kotsoyev (-100 kq) isə bürünc medala sahib olub. Beləliklə Azərbaycan cüdoçuları Almaniya yarışını dörd medalla başa vurublar.

Xatırladaq ki, “Böyük Dəbilqə”nin ikinci günündə Rüstəm Orucov (-73 kq) bürünc medala layiq görülüb. Milli komandamız medalların əyarına görə 115 ölkə arasında ümumi komanda hesabında altıncı, qadınların yarışında beşinci, kişilər arasında isə dördüncü yeri tutub.

  •  (1)
  •  (0)