Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxladıbackend

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxladı

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,25% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

Bu barədə qurumun Mətbuat xidmətindən xəbər verilib.

Məlumata görə, faiz dəhlizinin yuxarı həddi 9% saxlanılıb, aşağı həddi isə 5,5%-dən 6,75%-ə qaldırılıb:

“Yaranmış vəziyyətdə AMB qlobal mühitdə və ölkə iqtisadiyyatında gedən prosesləri gündəlik əsasda monitorinq edir, xarici şokun ölkə iqtisadiyyatına təsirlərinin miqyasını qiymətləndirmək üçün davamlı təhlillər aparır”.

Bu qərar bu gündən qüvvəyə minir.

AMB-nin rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə mayın 1-də baxacaq.

 

OnlinePress.az

  •  (0)
  •  (0)