Azərbaycan vətəndaşları üçün müvəqqəti yerləşmə məntəqəsinə ərzaq, su və mebel göndərilib – FOTObackend

Azərbaycan vətəndaşları üçün müvəqqəti yerləşmə məntəqəsinə ərzaq, su və mebel göndərilib - FOTO

Dağıstan ərazisində çadır şəhərciyində qalan Azərbaycan vətəndaşları üçün dörd yük maşını ərzaq, su və mebel göndərilib.

OnlinePress.az-ın məlumatına görə, bu barədə Dərbənd rayonunun başçısı vəzifəsini icra edən Fuad Şıxıyev “Instagram” hesabında xəbər verib.

Bildirilir ki, Dağıstan rəhbəri Vladimir Vasilyevlə Azərbaycan rəhbərliyi arasında daha öncə əldə edilmiş razılığa əsasən, vətənə dönməyi gözləyən çadır şəhərciyinin sakinləri artıq iyunun 25-də ehtiyac duyduqları hər şeyi alacaqlar.

Hazırda Azərbaycandan olan mühəndislər, tibb işçiləri və qida xidmətlərinin rəhbərləri (cəmi 25 nəfər), o cümlədən, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) iki psixoloqu müvəqqəti yerləşmə məntəqəsindədir.

Çadır şəhərciyinə gələnləri Fuad Şıxıyev və Dağıstan Respublikası üzrə FHN Baş İdarəsinin rəis müavini Oleq Kolpikov qarşılayıb.

  •  (0)
  •  (0)