Azərbaycan yığmasının üzvü qətldə şübhəli kimi axtarışa verildi – FOTObackend

Azərbaycan yığmasının üzvü qətldə şübhəli kimi axtarışa verildi - FOTO

Dağıstanda 27 yaşlı Abdulbasir Omarovun qətlində şübhəli bilinən şəxslərin adları açıqlanıb.

OnlinePress.az xəbər verir ki, Dağıstanın Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, şübhəlilər – 25 yaşlı Surakat Asiyatilov, onun 26 yaşlı qardaşı Hüseyn Asiyatilov və 24 yaşlı Nurməhəmməd Hacıyev axtarışa verilib.

Abdulbasir Omarova iyunun 23-də “Maxaçqalavodokanal” şirkətinin ərazisində odlu silahdan atəş açılıb. O, xəstəxanaya çatdırılarkən yolda vəfat edib. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin “qəsdən adam öldürmə” və “odlu silahın qanunsuz dövriyyəsi” maddələri ilə iş açılıb.

Qeyd edək ki, axtarışa verilən şəxslərdən 24 yaşlı Nurməhəmməd Hacıyev sərbəst güləş üzrə Azərbaycan milli komandasının üzvüdür. O, 2018 və 2019-cu illərdə Avropa çempionatında 97 kiloqram çəki dərəcəsində ölkəmizə bürünc medallar qazandırıb.

Bundan başqa, o, 2013-cü ildə yeniyetmələrin, 2014, 2015-ci illərdə gənclərin və 2016-cı ildə 23 yaşadək güləşçilərin Avropa çempionu olub. Ötən il keçirilmiş II Avropa Oyunlarında zədələndiyi üçün final görüşünə çıxmayaraq gümüş medalla kifayətlənib.

View this post on Instagram

Опережая вопросы, которыми нас засыпали в комментариях предыдущих публикаций, поясню: как видно на фото, официально постановление о розыске вышеуказанных лиц подписано 26 июня 2020 года. До этого информация была предварительной, и могла поменяться, как собственно и вышло. В отличие от блогеров и СМИ, мы не можем опубликовать недостоверную либо непроверенную информацию, а в случае ошибки, сослаться на источник. Мы и есть официальный источник. _______________________________________ 23 июня 2020 года, в 22 часа 45 минут, неизвестный (на тот момент), находясь во дворе ОАО «Махачкалаводоканал» расположенного в Махачкале, произвел выстрелы из огнестрельного оружия неустановленного образца в 27-летнего Омарова Абдулбасира, который в результате полученных многочисленных огнестрельных ранении скончался по пути следования в больницу. По данному факту СО по Кировскому району г. Махачкалы СУ СК России по Республике Дагестан возбужденно уголовное дело по признакам преступления, предусмотренного частью 2 статьи 105, частью 1 статьи 222 УК РФ. Проведенными мероприятиями установлено, что к совершению данного преступления имеют причастность следующие лица: Асиятилов Суракат 1995 г.р.; Асиятилов Хусейн 1994 г.р.; Гаджиев Нурмагомед 1996 г.р. Если вы располагаете информацией о местонахождении разыскиваемых лиц, обращайтесь по телефонам: 99-42-50, 8-964-002-86-77, 8-928-555-40-10. @mvd.dagestan

A post shared by МВД Дагестана (@mvd.dagestan) on

  •  (0)
  •  (0)