Azərbaycanda daha yeddi nəfər koronavirusdan öldü: 517 yeni yoluxmabackend

Azərbaycanda daha yeddi nəfər koronavirusdan öldü: 517 yeni yoluxma

Azərbaycanda 517  yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış yeddi nəfər vəfat edib.

Hazırda ölkədə aktiv xəstələrin sayı 6818 nəfərdir. Ümumilikdə bu günə qədər koronavirusa yoluxan 15369 nəfərdən 8364-ü sağalıb, 187-si ölüb.

 

OnlinePress.az

  •  (0)
  •  (0)