Azərbaycanda dəhşətli qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMAbackend

Azərbaycanda dəhşətli qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA

“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Sumqayıtda baş verən yol qəzası ilə bağlı xəbər barədə açıqlama verib.

TƏBİB-in Mətbuat katibi Rəvanə Əliyeva  açıqlamasında bildirib ki, iki avtomobil toqquşub:

“Avtomobillərin birində dörd ölü, digərində isə bir ölü olub. Hər iki maşından bir yaralı çıxarılıb. Birinin vəziyyəti ağırdır. Digərinin vəziyyəti isə orta ağırdır”.

Qeyd edək ki, bu gün səhər saatlarında Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində beş nəfər ölüb.

 

OnlinePress.az

  •  (0)
  •  (0)