Azərbaycanda dəhşətli qəza: Polis öldü, hərbçi yaralandı – FOTObackend

Azərbaycanda dəhşətli qəza: Polis öldü, hərbçi yaralandı - FOTO

Bərdədə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Qafqazinfo-nun məlumatına görə, hadisə rayonun H.Əliyev prospektində körpünün üzərində baş verib.

Qəza zamanı bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Ölən şəxs – 1983-cü il təvəllüdlü Məmmədov Elgün Elbrus oğludur. O, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşı olub.

Xəsarət alanlardan biri – 1991-ci il təvəllüdlü hərbçi Əliyev Asif Firdovsi oğludur. O, Bərdə rayonu Ağalı kənd sakinidir.

Digər yaralı isə 1989-cu il təvəllüdlü Gəncə şəhər sakini Mustafayev İsa Abış oğludur.

Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (0)