Azərbaycanda dörd yaşlı uşaq avtomobildə yanaraq öldübackend

Azərbaycanda dörd yaşlı uşaq avtomobildə yanaraq öldü

Ucar rayonunda bədbəxt hadisə baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Təzə Şilyan kəndində qeydə alınıb.

Belə ki, “VAZ-2106” markalı avtomobil qəfildən alışıb. Bu zaman avtomobildə olan 2016-cı il təvəllüdlü İsmət Hikmət oğlu Kərimov yanaraq dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Meyit avtomobildən çıxarılaraq Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

OnlinePress.az

  •  (0)
  •  (0)