Azərbaycanda əsas turizm dəhlizləri açıqlandı – RƏSMİbackend

Azərbaycanda əsas turizm dəhlizləri açıqlandı - RƏSMİ

“Azərbaycanda insanlara xidmət edən resurslar dörd turizm dəhlizi üzərində qurulub. Onlar Bakı-Şimal, Bakı-Balakən, Bakı-Gəncə, Bakı-Lənkəran istiqamətindədir”.

OnlinePress.az-ın məlumatına görə, bunu ATV-nin efirində Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda ən çox turist cəlb edən region Bakı və Abşerondur:

“Bakılıların gəlmə turizmdən daha çox asılılığı var. Yaxın illərdə olan strategiyamızın bir hissəsi Bakıya gələnlərin sayını azaltmaqdır. Bakıya regionlardan gələn insanlar da çoxluq təşkil edir.

Yaxın dörd il üçün nəzərdə tutulan strategiyamızda daha çox investisiyanın regionlara qoyulması əsas götürülüb”.

“Yeni kadrlar hazırlanacaq, infrastruktur olacaq, mövsümilik aradan qalxacaq”, – deyə DTA rəsmisi əlavə edib.

 

OnlinePress.az

  •  (0)
  •  (0)