Azərbaycanda karantin vaxtı toy edildiyinə görə vəzifəli şəxs işdən çıxarıldıbackend

Azərbaycanda karantin vaxtı toy edildiyinə görə vəzifəli şəxs işdən çıxarıldı

Şəmkir rayonunun Xuluf kəndində kiçik toy mərasimi keçirilən kəndin icra nümayəndəsi işdən azad olunub.

Faktı Şəmkir Rayon İcra Hakimiyyətindən təsdiq ediblər.

Xuluf kənd icra nümayəndəsi Həsənov Süleyman Mikayıl oğlu isə həmin hadisə ilə əlaqədar RİH başçısı yanında operativ qərargaha vaxtında məlumat vermədiyinə, zamanında təsirli tədbirlər görüb sakinlər tərəfindən epidemiya əleyhinə rejimin pozulması halının qarşısını ala bilmədiyinə, işində verdiyi nöqsanlara görə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müvafiq əmri ilə dərhal işdən azad edilib, nümayəndəliyin müavini və mühasibinə isə xidməti töhmət verilib.

Qeyd edək ki, iyunun 30-da Xuluf kəndində, evinin həyətində övladı üçün kiçik toy məclisi təşkil etməyə cəhd edən kənd sakini Əkbər Qəribov Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cəzalandırılıb.

Ev sahibi məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib, məclisdə iştirak edən qonaqlar isə hər biri İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 100 manat həddində cərimə ediliblər.

 

OnlinePress.az

  •  (0)
  •  (0)