Azərbaycanda koronavirusla bağlı ajiotaj yaradan 10 nəfər həbs edilib – RƏSMİbackend

Azərbaycanda koronavirusla bağlı ajiotaj yaradan 10 nəfər həbs edilib - RƏSMİ

“Ölkədə koronavirus pandemiyası ilə bağlı aidiyyəti qurumların adından yalan məlumat yayan vətəndaşlara qarşı mübarizə tədbirləri həyata keçirilir”.

OnlinePress.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev bildirib.

Onun sözlərinə görə, aparılan araşdırmalar zamanı ölkədə xüsusi karantin qərarı elan olunandan bu vaxta qədər bu cür məlumatlar yayıb, ajiotaj yaradan 10 nəfər inzibati həbs edilib:

“Bundan başqa, 18 nəfər cərimələnib, 127 nəfərə xəbərdarlıq olunub”.

 

OnlinePress.az

  •  (0)
  •  (0)