Azərbaycanda məhkumlar arasında COVID-19-a yoluxma faktı aşkar edilməyibbackend

Azərbaycanda məhkumlar arasında COVID-19-a yoluxma faktı aşkar edilməyib

COVİD-19 pandemiyası ləğv olunana qədər Azərbaycanın penitensiar müəssisələrində xüsusi rejim davam edəcək. Bu barədə Oxu.Az-a Respublika Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov məlumat verib.

Qeyd edək ki, koronavirusun yayılması ilə əlaqədar olaraq Azərbaycanda məhkumlarla görüş (qısa və uzunmüddətli), həmçinin onlar üçün bağlamaların qəbulu qadağan olunub.

“Biz məhkumların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görmüşük. Bu günə qədər onların arasında koronavirus infeksiyası halı qeydə alınmayıb. Penitensiar Xidmətin məhkumlarla birbaşa təmasda olan əməkdaşlarına gəlincə, onlar hər dəfə zonaya daxil olduqda yoxlanılırlar. Əgər Penitensiar Xidmətin əməkdaşlarında temperaturun yüksəlməsi şübhəsi varsa, onlar dərhal tibbi müayinəyə göndərilir”, – deyə M.Sadıqov bildirib.

 

OnlinePress.az

  •  (0)
  •  (0)