Azərbaycanda nazirliyin koronavirusa yoluxan əməkdaşlarının sayı artdı – ÖZƏLbackend

Azərbaycanda nazirliyin koronavirusa yoluxan əməkdaşlarının sayı artdı - ÖZƏL

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin koronavirusa yoluxan əməkdaşlarının sayı açıqlanıb.

Qurumun mətbuat katibi İradə İbrahimova OnlinePress.az-ın sorğusuna cavab olaraq bildirib ki, nazirliyin səkkiz əməkdaşı COVID-19-a yoluxub.

“Onlardan yeddisi kişi, biri qadındır. Əməkdaşlarımız sosial izolyasiya rejimində müalicələrini davam etdirirlər”.

Qeyd edək ki, bir neçə gün öncə nazirliyin üç əməkdaşında koronavirus aşkarlanmışdı.

  •  (0)
  •  (0)