Azərbaycanda saxlanılan qanunsuz miqrantların sayı açıqlandı – RƏSMİbackend

Azərbaycanda saxlanılan qanunsuz miqrantların sayı açıqlandı - RƏSMİ

“Qanunsuz miqrantların saxlanma mərkəzində 42 nəfər var”.

OnlinePress.az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov pandemiya dövründə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və ölkəmizdə olan əcnəbilərə göstərilən xidmətlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, mərkəzin nisbətən qapalı olması təmin edilib:

“Həmin 42 nəfərin saxlanma şəraiti yüksək səviyyədədir”.

V.Hüseynov qeyd edib ki, Dövlət Miqrasiya Xidmətinin əsas fəaliyyət istiqamətlərindən biri ölkəmizdə qaçqın statusu olan əcnəbilərin müraciətinə baxmaq və statusun verilməsi barədə qərar verməkdir:

“Pandemiya dövründə ölkəmizdə olan bir qrup şəxslərə yardım edilib”.

 

OnlinePress.az

  •  (0)
  •  (0)