Azərbaycanlı hərbçilər Qələbə paradında – FOTObackend

Azərbaycanlı hərbçilər Qələbə paradında - FOTO

Bu gün Moskva şəhərində İkinci Dünya Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda digər ölkələrin nümayəndələri ilə yanaşı, Azərbaycan Ordusunun 75 hərbi qulluqçusu iştirak edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Tədbirə fəxri qonaq qismində Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti də qatılıb.

  •  (0)
  •  (0)