Azərbaycanlı nağaraçının təcili əməliyyatı üçün yardım aksiyası – FOTObackend

Azərbaycanlı nağaraçının təcili əməliyyatı üçün yardım aksiyası - FOTO

73 yaşlı azərbaycanlı nağaraçı Zöhrab Məmmədovun səhhətində yaranan ciddi problemlərlə əlaqədar “Facebook” seqmentində çağırışlar edilir. Qruplardan birinin istifadəçiləri sənətçinin həyatını xilas etmək üçün bir həftə vaxtın qaldığını yazırlar.

“Mümkün qədər paylaşın. Bir həftəmiz var. Bir insanın həyatını xilas edək. Məşhur azərbaycanlı nağaraçı Zöhrab Məmmədovun təcili köməyə ehtiyacı var. O, 73 yaşındadır. Bir həftə əvvəl yemək yeməyi dayandırıb, ancaq su istəyir. Ayaqları tutulub, çox kəskin arıqlayıb, taqətsizləşib, çətinliklə danışır”, – deyə istifadəçilər yazırlar.

Qeyd olunur ki, şəkərli diabetdən əziyyət çəkən musiqiçi çoxlu qan itirir, eyni zamanda ağciyərləri və bağırsaqları ilə bağlı ciddi problemlər yaşayır.

Z.Məmmədova təcili cərrahiyyə əməliyyatı, ardınca da müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, sosial şəbəkə istifadəçiləri mərhəmətli insanları lazımi məbləği – 3000 manatı toplamağa kömək etməyə çağırır.

  •  (0)
  •  (0)