“Azərenerji” Koronavirusla Mübarizə Fonduna bir milyon manat köçürdübackend

“Azərenerji” Koronavirusla Mübarizə Fonduna bir milyon manat köçürdü

“Azərenerji” Koronavirusla Mübarizə Fonduna bir milyon manat köçürüb.

Bu barədə “Azərenerji” ASC məlumat yayıb.

Bildirilib ki, “Azərenerji” ASC koronavirus (COVID-19) xəstəliyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürülən təşəbbüsə qoşulub.

Belə ki, “Azərenerji” ASC-nin əməkhaqqı və qənaət olunmuş maliyyə imkanları hesabına bir milyon manat Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

 

OnlinePress.az

  •  (0)
  •  (0)