“Azneft” İstehsalat Birliyində yeni TƏYİNATLARbackend

“Azneft” İstehsalat Birliyində yeni TƏYİNATLAR

“Azneft” İstehsalat Birliyində (İB) yeni təyinatlar olub.

OnlinePress.az-ın məlumatına görə, Elmir Qaragözov İB-nin baş geoloqu-baş direktorun müavini, Balaəli Cəfərov isə baş mühəndisin hasilat üzrə müavini təyin ediliblər.

“Azneft” İB-nin baş direktoru Şahmar Hüseynov bildirib ki, gənc və perspektivli kadrlar bundan sonrakı vəzifələrində də Birliyin uğurlu fəaliyyətinə öz layiqli töhfələrini verəcəklər.

 

OnlinePress.az

  •  (0)
  •  (0)