Babuxanyan Ermənistandakı acınacaqlı vəziyyət barədə: “Nikol hələ dünən getməli idi”backend

Babuxanyan Ermənistandakı acınacaqlı vəziyyət barədə: “Nikol hələ dünən getməli idi”

“Nikol Paşinyan, onun Səhiyyə naziri və bütün hökumət koronavirusla bağlı yaranmış biabırçı vəziyyətə görə məsuliyyət daşıyır”.

Bu sözləri “İravnuk TV”yə müsahibəsində Ermənistanın Konstitusiya Hüququ İttifaqı Partiyasının lideri Hayk Babuxanyan deyib.

Partiya lideri N.Paşinyan hökumətinin korrupsiyaya uğraması və dövlət vəsaitlərini mənimsəməsinin danılmaz fakt olduğunu qeyd edib:

“Nikol artıq baş verənləri hansısa şəkildə izah etməyə də çalışmır. Onun dövlət aparatına böyük mükafatlar şəklində etdiyi yenilik rüşvət və eyni zamanda, dövlət vəsaitlərinin mənimsənilməsidir.

Təkcə mənasız və axmaq referenduma dövlət büdcəsindən 125,5 milyon dramdan çox pul xərclənib. Şəxsən N.Paşinyanın, onun nazirlərinin və hökumətinin səhvinə görə külli miqdarda vəsait boş yerə sərf olunub.

Yalnız vəsait deyil, həm də koronavirusla mübarizəyə ayrılmalı olan vaxt da sərf edilib. Bu pullara xəstəxana tikmək, xəstələrə yardım üçün müvafiq avadanlıqlar, ölkəyə vaxtında testlər gətirmək olardı. İndi isə səhiyyə sistemi dağılıb, insanlar tibbi yardım ala, testdən keçə bilmir. Onlara deyirlər ki, gedin, evdə müalicə alın”.

A.Babuxanyan baş verənlərin Ermənistanın beynəlxalq arenada nüfuzunu olduqca aşağı saldığını qeyd edib.

“Narıncı dövlət çevrilişinə qədər nikolçular “qürurlu” xarici siyasətin vacibliyindən danışırdılar. Bu “qürur” sadəcə ruslara qarşı ortaya çıxdı? Bu gün elə yerə çatmışıq ki, Gürcüstan “gəlin, bu yoxsul və bədbəxt ölkəyə kömək edək” deyir”, – A.Babuxanyan bildirib.

Partiya rəhbəri vurğulayıb ki, ölkədəki fövqəladə vəziyyət rejiminin arxasında siyasi məqsədlər durur:

“Ölkəmizdə normal hakimiyyət olanda, bu biabırçı parlamentin qəbul etdiyi bütün qanunlar ləğv edilməli olacaq. Fövqəladə vəziyyətə gəlincə, bu rejim xunta rəhbərliyinin xalqdan, siyasi rəqiblərindən qorxmasına görə uzadılır”.

A.Babuxanyan Nikol Paşinyanın hakimiyyətdən getməli olduğunu da söyləyib:

“Nikol hələ dünən getməli idi, ancaq onun yerinə kimin gələcəyi çox vacib məsələdir”.

  •  (0)
  •  (0)