Bakıda 39 yaşlı qadını öldürməyə cəhd edən Astara sakini tutuldubackend

Bakıda 39 yaşlı qadını öldürməyə cəhd edən Astara sakini tutuldu

Bakı şəhəri Nərimanov rayon 17-ci Polis Bölməsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1981-ci il təvəllüdlü Lənkəran rayon sakini Sevinc Nəsirovanın sağlamlığına ciddi zərər vurmaqda şübhəli bilinən şəxsi saxlayıblar.

Bu barədə  hüquq-mühafizə orqanlarından məlumat verilib.

Cinayətin 5 iyun saat 23:30 radələrində Fətəli xan Xoyski küçəsində törədildiyi məlumdur. Qadının sinə və qarın nahiyələrinə iki bıçaq zərbəsi endirilib.

Araşdırma nəticəsində hadisədə 1997-ci il təvəllüdlü Astara rayon sakini Kamran Sultanzadənin əli olduğu müəyyənləşdirilib.

İlkin məlumatlara görə, cinayət qısqanclıq zəminində törədilib. Hazırda faktla bağlı araşdırma aparılır.

 

OnlinePress.az

  •  (0)
  •  (0)