Bakıda avtomobil aşıb, ölən var – FOTObackend

Bakıda avtomobil aşıb, ölən var - FOTO

Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, avtoqəza Ziya Bünyadov prospektində qeydə alınıb.

“Samand” markalı minik maşını yüksək sürətlə hərəkətdə olarkən idarəetmədən çıxıb və aşıb. Nəticədə avtomobilin sürücüsü vəfat edib.

Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünün meyitini çıxarmaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (0)