Bakıda gənc boğazından bıçaqlandıbackend

Bakıda gənc boğazından bıçaqlandı

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, Müzəffər Həsənov küçəsində yerləşən 1 saylı Vərəm Əleyhinə Dispanserin qarşısında dayanan 1995-ci il təvəllüdlü Kərimov Elvin Manaf oğluna naməlum şəxs yaxınlaşıb və onunla mübahisə edib.

Sonradan tərəflər əlbəyaxa dava edib. Bu zaman E.Kərimov boğaz nahiyəsindən bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.

  •  (0)
  •  (0)