Bakıda kafe yanıbbackend

Bakıda kafe yanıb

Bakıda kafedə yanğın hadisəsi olub.

OnlinePress.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 200 m² olan kafenin çardağında plastmas konstruksiyadan ibarət tikili 8 m² sahədə yanıb.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

OnlinePress.az

  •  (0)
  •  (0)