Bakıda kişi tibbi bintlə özünü asdıbackend

Bakıda kişi tibbi bintlə özünü asdı

Bakının Yasamal rayonunda 34 yaşlı kişi intihar edib.

Bu barədə  hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Martın 17-də saat 17:00 radələrində Birinci Alatava küçəsi, 5 ünvanında yaşayan 1985-ci il təvəllüdlü Taleh Kərimov tibbi bint ilə vanna otağında özünü asıb.

Məhkəmə ekspertləri hadisə yerində onun intihar məktubunu tapıblar. O, ölümünə görə heç kəsin günahlandırılmamasını istəyib.

Məlum olub ki, hadisədən əvvəl T.Kərimov ailəsini rayona, qohumlarının yanına göndərib. Ev sahibinin cəsədi uzun müddət onunla əlaqə saxlaya bilməyən ailə üzvlərinin bu barədə xəbər tutmasından sonra aşkarlanıb.

Faktla bağlı istintaq davam edir. İntiharın səbəbi hələ müəyyən edilməyib.

 

OnlinePress.az

  •  (0)
  •  (0)