Bakıda mənzildən 10 min dollar dəyərində qızıl və bahalı texnika oğurlandıbackend

Bakıda mənzildən 10 min dollar dəyərində qızıl və bahalı texnika oğurlandı

Dünən Bakının Yasamal rayonunda mənzildən külli miqdarda oğurluq hadisəsi baş verib.

Bu barədə  hüquq-mühafizə orqanlarından məlumat verilib.

1973-cü il təvəllüdlü Milana Rəsulova 27-ci Polis Bölməsinə müraciət edib.

Qadın naməlum şəxslərin qapı kilidini sındırdıqlarını, onun mənzilinə girərək 10 min dollar dəyərində qızıl-zinət əşyaları, 1 450 manat dəyərində noutbuk, videokamera və mobil telefon oğurladıqlarını bildirib.

Hazırda əməliyyatçılar oğurluqda şübhəli bilinən şəxslərin kimliyini müəyyənləşdirməyə çalışırlar.

Qeyd edək ki, son gün ərzində Azərbaycanın paytaxtında 28 oğurluq hadisəsi qeydə alınıb.

  •  (0)
  •  (0)