Bakıda narkotik alverçiləri saxlanıldıbackend

Bakıda narkotik alverçiləri saxlanıldı

Bakıda narkotik alveri ilə məşğul olan şəxslər saxlanılıb.

Trend-in məlumatına görə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1991-ci il təvəllüdlü Rövşən Əsədzadə saxlanılıb.

Saxlanılan şəxsin üzərində aparılan axtarış zamanı ondan 0,274 qram heroin və elektron tərəzi aşkarlanıb.

Bundan başqa, Səbail Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Badambar qəsəbəsi, Üçüncü massivdə yaşayan 1987-ci il təvəllüdlü Mirzəağa Hüseynovun evində axtarış keçirilib.

Axtarış zamanı onun həyətində xüsusi aqrotexniki qaydada qulluq edilmiş üç ədəd çəkisi 0,75 qram çətənə kolu aşkar edilərək götürülüb.

Hər iki fakt üzrə araşdırma aparılır.

 

OnlinePress.az

  •  (0)
  •  (0)