Bakıda qadın sürücü ağır qəza törətdi: Ölən varbackend

Bakıda qadın sürücü ağır qəza törətdi: Ölən var

Bakıda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Aygün Qəniyeva idarə etdiyi “Jeep Cherokee” markalı avtomobillə naməlum kişini vurub. Kişi aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

OnlinePress.az

  •  (0)
  •  (0)