Bakıdakı dünya çempionatı da təxirə salındıbackend

Bakıdakı dünya çempionatı da təxirə salındı

Bakıda keçirilməli olan aerobika gimnastikası üzrə XVI dünya çempionatı təxirə salınıb.

OnlinePress.az xəbər verir ki, bunu Beynəlxalq Gimnastika Federasiyası (FIG) açıqlayıb.

Mayın 14-16-da baş tutmalı olan yarış qeyri-müəyyən müddətə keçirilib. Buna koronavirus pandemiyası səbəb olub. Həmçinin, 8-10 may tarixlərində keçirilməli olan IX Dünya Yaş Qrupu yarışı da təxirə düşüb.

Qeyd edək ki, FIG martın 17-də bədii gimnastika üzrə Dünya Kubokunun da təxirə salındığını açıqlamışdı. Olimpiadaya lisenziya verən həmin yarış 24-26 apreldə keçirilməli idi.

  •  (0)
  •  (0)