Bakıdan bu rayonlara qatarların hərəkəti dayandırılır – SİYAHIbackend

Bakıdan bu rayonlara qatarların hərəkəti dayandırılır - SİYAHI

Bakı-Gəncə sürət qatarının hərəkəti dayandırılır.

Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildirilib.

Qeyd edilib ki, Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkəti Bakıdan və Gəncədən 19.03.2020-ci ildən 29.03.2020-ci ilədək dayandırılır.

Bundan əlavə, Bakıdan 19.03.2020-ci ildən 29.03.2020-ci ilədək, geriyə isə 20.03.2020-ci ildən 30.03.2020-ci ilədək aşağıdakı qatarların hərəkəti dayandırılır:

– Bakı-Tbilisi-Bakı (Böyük Kəsikə kimi) sərnişin qatarı

– Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarı

– Bakı- Köçərli -Balakən-Bakı sərnişin qatarı

– Bakı-Astara-Horadiz-Bakı sərnişin qatarı

– Bakı-Yalama-Bakı elektrik qatarı

– Bakı-Şirvan-Hacıqabul-Bakı elektrik qatarı

Bu qatarlara alınan biletlər geri qaytarılarkən gediş haqqı məbləği tam şəkildə sərnişinlərə qaytarılır.

Martın 18-də Bakıdan yola düşən ölkədaxili bütün qatarlar gündəlik qrafikə uyğun hərəkət edəcək.

  •  (0)
  •  (0)