Bakının 4 rayonunda su olmayacaqbackend

Bakının 4 rayonunda su olmayacaq

Bakı şəhərinin mərkəzi hissəsini qidalandıran magistral su kəmərində (Sulutəpə qəsəbəsi ərazisindən keçən hissəsində) qəza baş verib. 

“Azərsu” ASC-dən OnlinePress.az-a daxil olan məlumata görə, qəza ilə əlaqədar Səbail, Yasamal, Nəsimi və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində 18 iyul səhər saatlarına qədər məhdudiyyətlər olacaq.

Qurumun qəza briqadaları, xüsusi texnikası əraziyə cəlb edilib və qəzanın aradan qaldırılması i

stiqamətində tədbirlər görülür.

  •  (0)
  •  (0)