“Bavariya” Koronavirus pandemiyasına baxmayaraq məşqlərə başlayırbackend

“Bavariya” Koronavirus pandemiyasına baxmayaraq məşqlərə başlayır

Almaniyanın “Bavariya” futbol klubu koronavirus pandemiyasına baxmayaraq, aprelin 6-dan etibarən öz bazasında məşqlərə başlayacaq.

Bu barədə “Kicker” nəşri yazır.

Qeyd edilir ki, məşqlər zamanı futbolçular beş qrupa bölünəcəklər. Bir qrup beş, digər dörd qrup isə dörd oyunçudan ibarət olacaq. Qruplar bir-biri ilə üzləşməyərək, növbə ilə məşq edəcəklər. Bazada yemək və çimmək qadağan ediləcək.

Xatırladaq ki, Almaniya Çempionatı aprelin 20-ə kimi dayandırılıb. 34 turdan 25-i artıq oynanılıb. “Bavariya” turnir cədvəlində birinci yerdədir.

 

OnlinePress.az

  •  (0)
  •  (0)