Beynəlxalq Alyans Sabir Rüstəmxanlını təbrik edibbackend

Beynəlxalq Alyans Sabir Rüstəmxanlını təbrik edib

OnlinePress.az xəbər verir ki, Azərbaycan Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Azərbaycan Xalq şairi, millət vəkili, Milli-Azadlıq mücadiləsinə damğa vurmuş “Ömür kitabı”nın müəllifi Sabir Rüstəmxanlını doğum günü münasibəti ilə təbrik edib.

 

Təbrikdə deyilir:

 

Hörmətli Sabir müəllim! Siz ölkəmizin ictimai-siyasi həyatında əvəzsiz xidmətləri olan dəyərli ziyalılarımızdan birisiniz. Sizin milli-mənəvi dəyərlər aşılayan yaradıcılığınız, xalqın milli azadlıq ruhunun dirçəlişinə təkan verən əsərləriniz ədəbiyyatımızın qiymətli xəzinəsidir. Sizi doğum gününüz münasibətilə Ukrayna azərbaycanlıları adından səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı arzulayır və dövlətimizin inkişafı yolundakı fəaliyyətinizdə uğurlar diləyirik.

 

OnlinePress.az

  •  (0)
  •  (0)