Braziliya prezidentinin koronavirus testi yenidən müsbət çıxdıbackend

Braziliya prezidentinin koronavirus testi yenidən müsbət çıxdı

Braziliya Prezidenti Jair Bolsonarunun ikinci dəfə verdiyi COVID-19 testi müsbət çıxıb.

Bu barədə “CNN Brazil” telekanalı rəsmi mənbəyə istinadən məlumat yayıb.

J.Bolsonaru özünü yaxşı hiss etdiyini və bir həftədən çoxdur ki, hərarətinin olmadığını bildirib.

Braziliya prezidenti nəfəs problemi və ya dad itkisi kimi simptomlarının olmadığını da vurğulayıb.

 

 

 

 

OnlinePress.az

  •  (0)
  •  (0)