Brüsseldə “Brexit”lə bağlı müqavilə imzalandıbackend

Brüsseldə “Brexit”lə bağlı müqavilə imzalandı

Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen yanvarın 24-də Brüsseldə Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına dair razılaşmanı imzalayıblar.

Bu barədə “İnterfaks” informasiya yayıb.

“Bu gün biz Ursula Fon der Lyayenlə Böyük Britaniyanın çıxması ilə bağlı müqaviləni imzaladıq”, – deyə Mişel “Twitter” hesabında yazıb.

Onun sözlərinə görə, Avropa İttifaqı ilə Britaniya arasında dostluq heç nəyə baxmayaraq, qorunub saxlanılacaq, müqavilə isə tərəflərin tərəfdaş və müttəfiq olacağı yeni səhifə açmağa imkan verəcək.

“Mən də, həmçinin, birlikdə yeni səhifənin yazılmasında maraqlıyam”, – deyə Avropa İttifaqı Şurasının sədri bildirib.

Xatırladaq ki, yanvarın 29-da sənədin Avropa Parlamentində ratifikasiyası baş tutacaq. “Brexit” 2020-ci ilin yanvarın 31-nə nəzərdə tutulub.

 

OnlinePress.az

  •  (0)
  •  (0)