Bu gün Azərbaycanda futbolun taleyi müəyyənləşdiriləcəkbackend

Bu gün Azərbaycanda futbolun taleyi müəyyənləşdiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında cari mövsümün taleyinə aydınlıq gələcək.

OnlinePress.az xəbər verir ki, saat 11:00-da AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.

Bu onlayn iclasda Premyer Liqanın cari mövsümünün bərpa olunması və ya ləğv edilməsi barədə qərar veriləcək.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsi dünən keçirdiyi videokonfransında yerli federasiyalara avqustun 3-dək avrokuboklara gedəcək klubları müəyyənləşdirməyi tapşırıb.

Bu isə iyunun 21-dən etibarən yarımçıq qalan çempionatın səkkiz turunun və ölkə kuboku matçlarını keçirmək imkanı verir. Lakin Nazirlər Kabineti yanında operativ qərargahın həftəsonları sərt karantinlə bağlı bayıra çıxmamaq qadağaları çempionatın keçirilməsinə maneə törədir.

 

OnlinePress.az

  •  (0)
  •  (0)