Budapeştdən Bakıya çarter reys təşkil olundubackend

Budapeştdən Bakıya çarter reys təşkil olundu

Bu gün “Azərbaycan Hava Yolları” (AZAL) Budapeştdən Bakıya birbaşa çarter reysi yerinə yetirib. 

OnlinePress.az xəbər verir ki, Macarıstanın paytaxtından həyata keçirilən uçuşa yalnız koronavirus COVID-19-a dair test verən və nəticəsi neqativ olan sərnişinlər buraxılıb. Müəyyən edilmiş qaydalara uyğun olaraq, vətənə qayıdan 48 nəfər sərnişin iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀

Xatırladırıq ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın əvvəlcədən razılaşdırılmış planına uyğun qaydada yerinə yetirilir.

OnlinePress.az
  •  (0)
  •  (0)