Çadda silahlı qruplaşmanın basqını nəticəsində 92 hərbçi həlak olubbackend

Çadda silahlı qruplaşmanın basqını nəticəsində 92 hərbçi həlak olub

Çadın qərbində “Boko Haram” qruplaşmasının silahlı hücumu nəticəsində ən azı 92 hərbçi həyatını itirib.

“Frans Press” xəbər verir ki, hücum Çad gölünün yanında – Niger, Nigeriya və Kamerunla sərhəddə baş verib.

“Biz 92 hərbçimizi, zabit və çavuşlarımızı itirdik. İlk dəfədir ki belə böyük itkilərlə üzləşirik”, – deyə ölkə Prezidenti İdriss Debi İtno qeyd edib.

 

OnlinePress.az

  •  (0)
  •  (0)