Daha iki məntəqənin nəticələri etibarsız sayıldıbackend

Daha iki məntəqənin nəticələri etibarsız sayıldı

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar dairələr üzrə daxil olan şikayətlərə baxılır.

OnlinePress.az-ın xəbərinə görə, MSK katibi Arifə Muxtarova məlumat verib ki, 91 saylı Ucar Seçki Dairəsi üzrə namizəd Əbil Məmmədov şikayət ünvanlayıb.

A.Muxtarovanın sözlərinə görə, Əbil Məmmədov dairə üzrə nəticələrin ləğvini tələb edib.

O bildirib ki, həmin dairənin 18 və 38 saylı seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallar aşkarlanıb.

MSK qərara alıb ki, 91 saylı Ucar Seçki Dairəsinin adıçəkilən iki məntəqəsinin nəticələri etibarsız sayılsın.

Qeyd edək ki, həmin dairənin lider namizədi Ramil Həsəndir.

 

OnlinePress.az

  •  (0)
  •  (0)