Dövlət Komitəsindən təxribatla bağlı bəyanatbackend

Dövlət Komitəsindən təxribatla bağlı bəyanat

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat haqda bəyanat yayıb.

OnlinePress.az  xəbər verir ki, qurum bəyanatda beynəlxalq təşkilatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində həmvətənlərimizin pozulmuş hüquq və azadlıqlarının bərpası istiqamətində zəruri addımlar atmağa və müvafiq tədbirlər görməyə çağırıb:

“Azərbaycan ərazisinin 20 faizini 30 ilədək müddətdə işğal altında saxlayan, bir milyondan artıq mülki əhalini öz yurdlarından və evlərindən didərgin salaraq onların bütün fundamental hüquqlarını kobud şəkildə pozan Ermənistan hərbi-siyasi rəhbərliyi onların sırasını Tovuz və ətraf ərazilərdə yaşayan mülki əhalinin, eləcə də sərhəddə törətdikləri təxribatın qarşısını alarkən həlak olan hərbçilərin ailələrinin hesabına genişləndirmək niyyətləri güdüb.

COVID-19 pandemiyasının doğurduğu hazırkı iqtisadi, sosial və psixoloji çətinliklər fonunda sərhədyanı bölgələrdə Ermənistan silahlı qüvvələrinin təxribatçı hərəkətlərinin hələ də davam etməsi əhalinin həyatına daha ağır risklər yaradır, onların dinc şəraitdə yaşamasına təhlükə törədir, xüsusən də ahılların, qadın və uşaqların hədəf seçilməsi ilə yüzlərlə ailələrə və onların şəxsi əmlakına ciddi ziyan vurur”.

  •  (0)
  •  (0)